BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin vəzifə verdiyi Şahin Seyidzadə kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Şahin Seyidzadə bu gün Prezident İlham Əliyevin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

 

Pravda.az Ş.Seyidzadənin dosyesini təqdim edir:

 

Şahin Seyidzadə 15 aprel 1978-ci ildə Bakı şəhərində doğulub. O, Azərbaycan Milli Məclisinin VI çağırış üzvüdür.

 

Şahin Seyidzadə 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib.

 

1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini bitirib.

 

2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirib.

 

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Menecment" ixtisası üzrə magistr dərəcəsi alıb.

 

2007-ci ildə Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsil alıb.

 

2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsi alıb.

 

Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsilin təşkili və idarəetməsi" üzrə fəlsəfə doktorluğu üzrə dissertantıdır. İngilis və Rus dillərində sərbəst danışa bilir.

 

Ailəlidir, iki övladı var.

 

Leyla

Tarix: 3 Mart 2022, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin