BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahin Seyidzadənin deputat mandatına xitam veriləcək

Prezident İlham Əliyevin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunan Şahin Seyidzadənin deputat mandatına xitam veriləcək.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Mərkəzi Seçki Komissiyası qəbul edəcək.

 

Qeyd: Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.

 

Leyla

Tarix: 3 Mart 2022, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin