BURADA REKLAMINIZ OLA
BİLƏR

Evdən 9000 manatlıq oğurluq oldu

Bakıda evdən məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Pravda.az-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş B.Abdullayevlə bağlı araşdırma aparılıb.

Aparılan araşdırmalarda onun bir nəfərlə birgə rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən olunub.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix: 3 Mart 2022, 15:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin