BURADA REKLAMINIZ OLA
BİLƏR

"Torpağımızı tərk edin” - Zelenskidən Putinə müraciət

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb.


Pravda.az "UNİAN"a istinadən xəbər verir ki, Zelenski mətbuat konfransı zamanı Putinə müraciət edib.


"Bizdən nə istəyirsən? Torpağımızı tərk et. Getmək istəmirsənsə, onda mənimlə danışıqlar masasına otur. Makronla, Şoltsla görüşdə olduğu kimi 30 metr məsafəlik masada yox... Mən kimisə dişləmirəm, normal adamam... Otur mənimlə danış. Nədən qorxursan? Biz heç kimi təhdid etmirik, terrorçu deyilik. Bankları ələ keçirmirik. Biz başqalarının torpaqlarını zəbt etmirlər” - Zelenski bildirib.

Nadir

Tarix: 3 Mart 2022, 20:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin