BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rus əsgərləri əsl qəhrəmanlar kimi cəsarətlə döyüşürlər" - Putin

"Ukraynada keçirilən əməliyyat zamanı rus əsgər və zabitləri əsl qəhrəmanlar kimi cəsarətlə döyüşürlər".

Pravda.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir PutinTəhlükəsizlik Şurasının iclasında deyib.

"Fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyat başladı. Donbassda xalqımızın müdafiəsi, Vətənimizin təhlükəsizliyinin təmin edilməsi üçün qarşıya qoyulan vəzifələri yerinə yetirən rus əsgər və zabitləri əsl qəhrəmanlar kimi cəsarətlə hərəkət edirlər", - Putin vurğulayıb.

 

O bildirib ki, əsgər və zabitlər yaralandıqdan sonra da xidmətdə qalır, yoldaşlarını və mülki insanları xilas etmək üçün özlərini, həyatlarını qurban verirlər”.


Putin əlavə edib ki, döyüşlərdə həm rus hərbçiləri, həm də Donbas silahlıları kütləvi qəhrəmanlıq göstərirlər: "Xüsusi hərbi əməliyyat ciddi şəkildə qrafikə və plana uyğun davam edir".


Nadir



Tarix: 3 Mart 2022, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin