BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmira Axundova əməliyyat olunub - "Kəskin ağrılardan əziyyət çəkir"

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova əməliyyat olunub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Eynulla Fətullayev məlumat verib.

 

“Səfir Elmira Axundovaya qarşı ədalətsiz və sərt münasibət bəsləyirik. Təxminən bir ay öncə Elmira xanım Türkiyədə ağır onkoloji əməliyyatdan çıxıb. Amma ağır xəstəliyə və ağrılara rəğmən Prezidentin Kiyevə səfəri öncəsi öz xidməti vəzifəsinin icraatına dönüb. Mən bunu bilirəm! Hətta məşhur jurnalist Qordonla görüşdən sonra Elmira xanım gözümün qarşısında kəskin ağrılardan əziyyət çəkdi. Elmira xanım məğrurluğuna sığışdırmır, bunları söyləmir. Qadındır! Amma mən ondan icazəsiz (yəqin bağışlayar!) deyəcəm. Elmira Axundova mərd, cəsərətli və məğrur qadındır, sağlamlığı imkan versəydi, vəzifə başında olardı! Hamınızdan xahiş edirəm bu mövzunun üstündən keçək” – o qeyd edib.

 

Nadir

Tarix: 3 Mart 2022, 22:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin