BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ukrayna xalqının bu seçimini Kreml qəbul etmir”

“Kreml təbliğatı son zamanlar Ukraynaya qarşı öz vəhşi, işğalçı addımlarna haqq qazandırmaq üçün ABŞ-ın, Qərbin İraq, Suriya, Liviya və Əfqanıstanda etdiklərini nümunə gətirirlər, görünən budur ki, ölkəmizdə də bu təbliğata inanlar, belə arqumentləri haqlı sayanlar var”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, ABŞ-ın, Avropa Birliyi ölkələrinin İraq, Suriya, Liviya və Əfqanıstanda etdikləri səhvlərlə doludur, dinc əhalinin qətlləri, işğal və dağıntılar böyük hərbi və insani cinayət və yanlışlıq idi: “Rusiyanın etdiyi isə həm hərbi cinayətdir, həm işğaldır, həm də qonşu ölkələr hesabına ərazilərinin böyütməsi cəhdidir - yəni, ABŞ İraqdan, Suriyadan ərazi qoparıb özünə yapışdırmır, Kreml isə məhz buna çalışır, ona görə Rusiya daha təhlükəlidir. Böyük İmperiyalara yaxın ölkələr həmişə əks qütbə can atır, öz azadlıq və müstəqilliyinə təhdidin məhz yanı-başından gəldiyini duyur, hiss edir və görür. Məhz buna görə, məsələn, Latın Amerikası ölkələrinin bir çoxu "sola" meyl etdi, SSRİ-yə yaxınlaşdı, ABŞ-dan uzaqlaşmağa cəhd etdi, çünki onlara təhdid yaxından, Amerikadan gəlirdi, məhz ABŞ onların "udub", sonra da "həzm" etməsin deyə SSRİ-yə yaxınlaşmaq istəyirdilər. Eyni məsələ bizə, bizim regiona aiddir, bizim (post-sovetin) Qərbə meyilli olmağımız ABŞ və Avropanın süddən çıxmış ağ qaşıq olmasına görə deyil, yanı-başımızda olan böyük Rus Ayısının bizi "udmaq" istəməsi, bizim müstəqilliyimizi "həzm" etməməsidir. Daha bir önəmli məsələ: İraq, Suriya, Liviya və Əfqanıstan xalqları, cəmiyyəti onillərdir diktaturanı qəbul edib yaşayırdılar, yəni, ölkələrinin o vəziyyətə düşməsində cəmiyyətin də öz günah payı var, amma Ukrayna xalqı dəfələrlə demokratik seçkilər keçirib, vətəndaş cəmiyyəti institutları qurub, azadlığı seçib, azad söz uğrunda mübarizə aparıb və Ukrayna xalqının bu seçimini Kreml qəbul etmir, həm də ona görə qəbul etmir ki, demokratik, azad, inkişaf etmiş Ukrayna Moskva üçün göz dağı və "paz", Rusiya xalqı üçün rol-model ola bilər. Məhz buna görə Kreml Ukranyanı viran qoyur ki, rusiyalıları dəmir yumruq, yalan, qorxu, bütün azadlıqların ləğvi ilə idarə etməkdə davam etsin…”

 

Leyla

Tarix: 4 Mart 2022, 08:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin