BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olundu

Azərbaycanda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri ilə bağlı bildirirəm ki, həmin hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib.

 

Hadisəni törədən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müəyyən edilib. Həmin şəxsin rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib.

 

Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb.

Tarix: 4 Mart 2022, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin