BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən Sona Cumayeva saxlanıldı

 

Polis tərəfindən sosial şəbəkələrdə paylaşılan məlumat əsasında Sabunçu qəsəbəsi ərazisində yerləşən kafelərin birində əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin İctimayətlə Əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Şöbənin rəisi Elşad Hacıyev məlumat yayıb.

 

“Əxlaqsızlıq yuvasını təşkil etməkdə şübhəli bilinən kafenin icarədarı, Balakən rayon sakini, əvvəllər də fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə məhkum olunmuş Sona Cumayeva saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi başlayıb. İstintaq hərəkətləri davam etdirilir” – o qeyd edib.

Tarix: 4 Mart 2022, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin