BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident Əli Əsədova yeni vəzifə verdi - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, Fərmanda qeyd edilir:

 

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

 

Komissiyanın sədri

 

Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri

 

Komissiyanın üzvləri

 

 

 

Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini

 

Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının Mədəniyyət naziri

 

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının Səhiyyə naziri

 

Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri

 

Anar Quliyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

 

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

 

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

 

İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

 

Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

 

Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

 

Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru

 

Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

 

Abel Məhərrəmov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

 

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

 

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

 

Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri

 

Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi

 

Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi

 

Natiq Əliyev – Xalq rəssamı

 

Mövlud Süleymanlı – Xalq yazıçısı.

 

 

 

2. “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 26 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 703) 1-ci hissəsi ləğv edilsin.

 

 

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Tarix: 24 Fevral 2020, 13:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin