BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhid adının əbədiləşdirilməsi prosedurunun sadələşdirilməsi təklif olundu

“Şəhid adlarının küçələrə verilməsinə ehtiyac var. Bəzi rayonlarda bu iş sürətlə gedir, amma bəzi rayonlarda isə yox”.

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Qənirə Paşayeva bildirib ki, şəhid adının əbədiləşdirilməsi işinə ümumi şəkildə baxılması yaxşı olar: “Bəzi ailələr Nazirlər Kabinetindən bunu xahiş edirlər. Bu, qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə şəhid analarına ən böyük hədiyyə olar. Rayonlarda parklar, küçələr var ki, ora şəhid adları verilə bilər. Bu iş sürətləndirilməlidir”.

Tarix: 4 Mart 2022, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin