BURADA REKLAMINIZ OLA
BİLƏR

"Fransa ictimaiyyəti Makronun fəallığını müsbət qiymətləndirdi"

"Rusiya Prezidenti Vladimir Putinin ölkəsi üçün milyardlarla dollara başa gələn “Şimal axını-2” boru xətti işə düşdükdən və həmin boru xətti ilə qazın Almaniyaya ötürüldükdən sonra Ukraynaya hərbi müdaxilə planını reallaşdırmağa hövsələsi çatmadı. Hazırki vəziyyətdə Almaniya istəsə belə, “Şimal axını-2” boru xəttinin çalışmasına icazə verməyəcək. Almaniya Rusiya qazından asılılığını azaltmağa başlayıb".


Pravda.az xəbər verir ki, bu barədə politoloq Elxan şahinoğlu deyib.


Emmaneul Makronun ikinci dəfə Fransa prezidentliyinə namizədliyini irəli sürdüyünü xatırladan politoloq qeyd edib ki, o, növbəti prezident kampaniyası zamanı müharibəni əsas gətirərək yalnız Fransanın deyil, digər Avropa ölkələrinin iqtisadiyyatlarının da ağır günlər yaşadığına istinad edəcək. Makron son günə qədər namizədliyinin irəli sürülməsini ləngidirdi. Makron prezident seçilməzdən əvvəl çoxlu vəd vermişdi, vədlərini yerinə yetirmədi, Fransa iqtisadiyyatını söz verdiyi kimi inkişafa yönəldə bilmədi. Ancaq nə qədər qəribə səslənsə də, Rusiyanın Ukraynaya başlayan hərbi müdaxiləsi Makronun prezident seçkilərində şansını artırır. Çünki Makron müharibə başlamaması üçün əlindən gələn etdi, Moskva və Kiyevlə daima təmasda oldu. Makron nəticə əldə etməsə də, Fransa ictimaiyyəti Makronun fəallığını müsbət qiymətləndirdi".


Qeyd: Fransada prezident seçkilərini birinci turu aprelin 10-da, namizədlər kifayət qədər səs toplamadıqları halsa isə, ikinci tur aprelin 24-də  keçiriləcək. Namizədlərin siyahısı martın 7-də elan ediləcək.


Nəzrin Cavid

Tarix: 4 Mart 2022, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin