"Rusiya və Ukrayna arasında yaranmış böhran bütün dünyanı narahat edir. Təəssüf ki, belə bir məqamda, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bütün insani dəyərləri kənara qoyaraq Azərbaycan hakimiyyətinə qarşı yenə də çirkin kampaniya aparmaq həvəsinə düşüb. Əli Kərimli feysbuk hesabında yazdığı statusda Ukrayna və Rusiya hökumətlərinin hazırkı döyüşlərdə həlak olan və ya əlil olan hərbçilərə verdikləri maliyyə vəsaitini Azərbaycanda həmin təbəqədən olan vətəndaşlara verilən məvaciblə müqayisə edib. Bildirib ki, Azərbaycan dövləti Vətən müharibəsində şəhid olanların ailələrinə və qazilərə qonşu ölkələrlə müqayisədə çox az vəsait verir. Qeyd etmək yerinə düşər ki, Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 20 faizi məhz Əli Kərimli kimilərin səriştəsizliyi və xəyanətkarlığı ucbatından işğala məruz qalıb".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, həmin vaxt - şəxsən Əli Kərimlinin hakimiyyətdə olduğu 1992-93-cü illərdə Qarabağda şəhid olanların ailə üzvlərinə nəinki diqqət göstərilmir, onların əlaltıları şəhid nəşləri ilə hətta alver edir, həmin nəşləri ailə üzvlərinə satırdılar: "Sual olunur, Əli Kərimlinin insana verdiyi dəyər budur?! Sirr deyil ki, Əli Kərimlilər 1990-cı illərin əvvəllərindən ta bu günə kimi xəyanətkarlıq missiyalarını yerinə yetirən qaragüruhçu qüvvələr, erməni lobbisinə xidmət edən marginal qruplaşmalardırlar. Xüsusilə qeyd etmək istəyirəm ki, məhz Birinci Qarabağ müharibəsindən bu günə qədər taleyi naməlum qalan 4 minə yaxın Azərbaycan vətəndaşı da məhz Əli Kərimlilərin hakimiyyəti dövründə itkin düşüblər. Azərbaycan dövləti şəhid ailələri, müharibə qaziləri və veteranları böyük diqqət və qayğı ilə əhatə edib. Görəsən, Əli Kərimli niyə demir ki, şəhid ailələri, müharibə əlilləri mənzil və avtomobillə təmin edilirlər?! Dövlətimizin iqtisadi gücü artdıqca həmin kateqoriyadan olan vətəndaşlara verilən sosial ödənişlərin məbləği də artırılır. Azərbaycan şəhid ailələri və müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə dünyanın ən nümunəvi ölkələrindəndir. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qarşıya qoyduqları prioritet vəzifələrdən biri də həssas təbəqələrdən olan əhaliyə bütün dövlət qurumları tərəfindən diqqət və qayğının göstərilməsidir. Eyni zamanda, həmin vətəndaşların müəyyən problemlərinin həlli üçün Prezident İlham Əliyevin xüsusi Sərəncamı ilə "YAŞAT" Fondu yaradılıb. Bütün bunlar, yəqin ki, Əli Kərimlinin görməzdən gəldiyi faktlardır. Təəssüf ki, Əli Kərimlini və onun ətrafında olan 5-10 nəfər marginal qruplaşma üzvlərini Rusiya-Ukrayna böhranında yaşanan insan tələfatı narahat etmir. Əksinə, onlar mövcud böhrandan öz çirkin niyyətləri üçün istifadə edirlər. Elə bu yaxınlarda Əli Kərimlinin əlaltılarından biri olan Tofiq Yaqublu Ukraynanın Azərbaycandakı səfirliyinin inzibatı binası qarşısında keçirilən Ukrayna dəstək aksiyasından istifadə edərək diplomatik nümayəndələrdən birinə yaxınlaşaraq Azərbaycan hakimiyyətinin əleyhinə ifadələr səsləndirməyə cəhd göstərib. O qeyd edib ki, "Azərbaycan hakimiyyətinin əvəzinə utanırıq" Ukraynalı diplomat isə onun sözünü yarımçıq kəsərək yerinə oturdub və Tofiq Yaqubluya layiqli cavabını verib. Diplomat bildirib ki, "biz Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyinin şahidiyik və dünyanın ikinci bir dövlətində belə bir vəziyyət yoxdur". Həmçinin, əlavə edib ki, onlar Azərbaycan xalqından və dövlətindən razıdırlar. Yəni, AXCP-nin iç üzü bundan ibarətdir. Onlar özlərini həmişə olduğu kimi yenə də biabırçı vəziyyətə salıblar".
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin