BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rusiyanın Ukraynaya işğalı fonunda strateji müttəfiqlər arasında müzakirələr və məsləhətləşmələr aparmağa ehtiyac var" - Politoloq

"Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Bakıya gəlir, Prezident İlham Əliyevlə görüşəcək. Rusiyanın Ukraynaya işğalı fonunda strateji müttəfiqlər arasında müzakirələr və məsləhətləşmələr aparmağa ehtiyac var".


Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.


"“Şuşa bəyannaməsindəki” sadəcə iki bəndi xatırlatmaqda fayda var: 1. Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər. 2. Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq" - E.Şahinoğlu əlavə edib.

 

Leyla 

Tarix: 4 Mart 2022, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin