BURADA REKLAMINIZ OLA
BİLƏR

"Putinin Ukraynaya hərbi müdaxiləsi hamını qorxudub"

"Günlər keçdikcə müharibə adiləşir. Ən qorxulusu da budur, çünki hər gün hərbçilərlə yanaşı yüzlərlə günahsız insan həlak olur. Rusiyanın Ukrayna torpaqlarının işğalının, şəhərlərin, qəsəbələrin və kəndlərin raket atəşinə tutulmasının, qətliamların miqyası böyüyür. Putin sonadək gedəcəyini hamıya bəyan edib. Fransa prezidenti və Almaniyanın kansleri müharibənin ilk günlərində Putindən müharibəni dayandırmağı xahiş edirdilər, indi isə sanki “mövcud reallığı” qəbul edərək Kreml sahibindən insanlar üçün koridor açmağı xahiş edirlər".

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.


"Bu arada, Putin Rusiyaya qonşu ölkələrə xəbərdarlıq mesajı göndərib. Kreml sahibi qonşularına qarşı pis niyyəti olmadığını, əməkdaşlığı davam etdirmək istədiyini deyib. Rusiya prezidenti anlayır ki, onun Ukraynaya hərbi müdaxiləsi hamını, o cümlədən bölgə ölkələrini qorxudub. Putin qonşuları sakitləşdirməyə çalışır. Hansı dövlət sakitləşər ki? Bölgə dövlətləri Rusiya slavyanlarının eyni etnik tərkibi olan Ukrayna slavyanlarını öldürməsinə şahidlik edirlər. Putin son çıxışında Rusiyada 300 millət və etnik qrupun yaşadığını da xatırladıb. Kreml sahibinin bunu deməkdə məqsədi Rusiyada yaşayan bütün xalqların və etnik qrupların Ukraynaya qarşı işğalda iştirak etdiyini vurğulamaq idi. Rusiya vətəndaşı olan və Tatarstanda yaşayan türkün Ukrayna vətəndaşı olan Krım türkünü öldürmək istədiyini təsəvvür etmək çətindir" - o qeyd edib. 

 

Leyla

Tarix: 4 Mart 2022, 17:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin