BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukraynada həlak olan azərbaycanlının yaxınları axtarılır

Ukraynanın Nikolayev şəhərində həlak olan azərbaycanlının yaxınları axtarılır.

Pravda.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Radasının katibi Ceyhun Kəsəmən bildirib.

O qeyd edib ki, bu gün Nikolayevdəki nümayəndələri morqa dəvət edilib: “Oraya bir nəfər azərbaycanlı cənazəsi gətirilib. Görünür ki, Nikolayevdə yaşayan azərbaycanlı deyil. Nikolayev ətrafında avtomobillə gedərkən yaxınlığına raketin düşməsi nəticəsində həlak olub.

Nəticədə onun üzü və sənədləri tamamilə yanıb və tanınmaz haldadır. Sadəcə sol qolunda “ANA 81” döyməsi var. Bu nişanədə tanışı olanlardan əlaqə saxlamaqlarını xahiş edirik.

Nikolayevdəki diaspor aktivləri sabah onu müsəlmanlar qəbiristanlığında dəfn edəcək”.

Tarix: 4 Mart 2022, 17:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin