BURADA REKLAMINIZ OLA
BİLƏR

Kuleba AES-lərin ətrafında təhlükəsizlik zonasının yaradılmasını təklif etdi

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkədəki atom elektrik stansiyalarının ətrafında təhlükəsizlik zonasının yaradılmasını təklif edib.

Pravda.az-ın xəbərinə görə, bu barədə Kuleba "Twitter"də bildirib.

Ukrayna XİN başçısı bildirib ki, ölkəsinin nüvə arsenalını bərpa etməsi ilə bağlı Rusiya rəsmilərinin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir.

“Avropada fəlakətin qarşısını almaq üçün onların ətrafında təhlükəsizlik zonaları yaradılmalıdır”, - Ukrayna XİN rəhbəri deyib.

Xatırladaq ki, martın 3-dən 4-nə keçən gecə Rusiya qüvvələrinin Ukraynanın Zaporojye AES-ə endirdiyi zərbə nəticəsində AES-in ərazisində yanğın qeydə alınıb.

APA

Tarix: 4 Mart 2022, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin