BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfirdən vətəndaşlara MÜRACİƏT

“Səfirlik Polşa ərazisinə keçən Azərbaycan vətəndaşlarına mümkün dəstək göstərir. İlkin məlumata əsasən, Ukrayna ərazisindən Polşaya 1000 vətəndaşımız keçib. Onlardan 300-ü mehmanxanalara yerləşdirilib. Səfirlik bu məqsədlə iritutumlu avtobuslar kirayə götürüb. Bir çox vətəndaşlarımızın səyahət sənədlərində bir çox problemlər mövcuddur. Həmin vətəndaşların qayıdış şəhadətnamələri əldə etmələri üçün konsulluq xidməti göstərilib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova deyib.

 

Səfir bildirib ki, obyektiv səbəblərdən mehmanxanalarda yerlərin sayında ciddi məhdudiyyət var: “Bu səbəbdən Polşanın icra qurumları tərəfindən təşkil edilmiş müvəqqəti sığınacaq yerlərində yerləşdirilmiş vətəndaşlarımızdan xahiş edirik ki, təxliyə olunanadək həmin yerlərdə qalsınlar və yerləşmə ünvanı pasportlarının fotoşəklini, əlavə məlumatları səfirliyə təqdim etsinlər. Hazırda Azərbaycana təxliyə reysinin üzərində çalışırıq. Bu, müvafiq siyahıya uyğun olaraq növbəlilik əsasında aparılacaq. İlkin olaraq qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstlünlük veriləcək. Təxliyə barədə məlumatlar vətəndaşların telefon nömrələrinə göndəriləcək. İmkanlı olan vətəndaşlardan xahiş edirik ki, Polşadan Türkiyə və Gürcüstan üzərindən Azərbaycana hərəkət edən təyyarə reyslərindən istifadə etsinlər. LOT şirkətləri gündəlik əsasda Varşavadan İstanbula, həmçinin Tbilisiyə, “Wizzair” şirkəti isə həftədə 3 dəfə Kutaisiyə uçuşlar həyata keçirir”.

 

Leyla

 

Tarix: 5 Mart 2022, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin