BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacıqabulda 23 yaşlı gənc itkin düşüb

Hacıqabulda 23 yaşlı gənc itkin düşüb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

 

Rayonun Navahı kənd sakini, 23 yaşlı Cəlal Tapdıqov martın 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Cəlal Tapdıqovun əlamətləri belədir: arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara şalvar, qara papaq və qara ayaqqabı olub.

 

Şəkildə gördüyünüz səxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Tarix: 5 Mart 2022, 10:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin