BURADA REKLAMINIZ OLA
BİLƏR

Səbinə Əliyevanın müzakirələrə səbəb olan videosu ilə bağlı AÇIQLAMA

“Şəhidlər Xiyabanını ziyarət edənlər elə avtomobillə gedirlər, piyada gedənlər, yəqin ki, xiyabana yaxın ərazidə yaşayanlar olar. Video-rolik kimi paylaşılması isə tam qiymət verə bilmirəm. Əsas odur ki, Ombudsman Səbinə Əliyeva şəhidlərimizi yad edir, ehtiram göstərir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli İnsan Hüquqları üzrə müvəkkil Səbinə Əliyevanın Şəhidlər Xiyabanını ziyarəti ilə bağlı sosial şəbəkələrdə müzakirə edilən video-roliki barədə danışarkən deyib.

Deputat bildirib ki, vətəndaşlara əsas məsələyə - Ombudsmanın Şəhidlər Xiyabanını ziyarətə fikir diqqət yetirmələri tövsiyə edilir: “Yanaşı hərəkətləri kimsə bəyənməyə bilər, normaldır. Belə situasiyalarla hər birimiz qarşılaşırıq”.

 

Nəzrin Cavid

Tarix: 5 Mart 2022, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin