BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu Elmira Axundovanı tənqid etdi: ““Xəstəyəm” ifadəsini dilə gətirməməli idi”

"Diplomat ona qarşı səsləndiriləm tənqidlərə cavab vermək üçün, xüsusilə də belə vəziyyətdə "mən xəstəyəm" sözünü dilə gətirməməli idi. Diplomatın cavabı başqa cür olmalı idi. Ümumiyyətlə isə, Ukrayna çox möhtəşəm və post-sovet məkanının güclü dövlətlərindən biri olub. Ora elə adam səfir getməli idi ki, bu gün həm Azərbaycanı təmsil etməyi bacarsın, həm də dünya miqyasında sözünü deyə bilsin".

 

Bunu Pravda.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin (QDMC) sədri Novella Cəfəroğlu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın ötəngünkü bəyanatı ilə bağlı danışarkən deyib.

 

N.Cəfəroğlu bildirib ki, o, Elmira Axundovanın nə deputat, nə də səfir kimi potensiala sahib olduğunu hesab edir: "Xoşuna gəlməsə də, belədir. Əlbəttə ki, mən istəyirəm ki, xanımlarımız qabağa getsinlər, böyük vəzifələrdə işləsinlər, amma ağıllı və bilikli qadınlar. Elmira Axundovanın yerində olub, ona qarşı səsləndirilən suallara başqa cür cavab verəcək yüzlərlə qadın var".

 

Nəzrin Cavid

Tarix: 5 Mart 2022, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin