BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev: "Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən beş faizdir"

“Yoxsulluğun azaldılması ilə bağlı hesab edirəm ki, biz bu qlobal bəlanın öhdəsindən uğurla gələ bildik və Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən beş faizdir. Bu da onu göstərir ki, sərvətin bərabər şəkildə bölüşdürülməsi üçün biz enerji sektorundan qaynaqlanan gəlirlərdən müvafiq şəkildə istifadə edə bilmişik”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən bildirib.

 

“Əlbəttə, iqtisadi islahatlarla, məşğulluqla bağlı yeni imkanlar Azərbaycanda yeni mənzərə yaradacaqdır, çünki əhalimiz artır. Buna görə də məşğulluqla və əlbəttə ki, bununla birbaşa əlaqəli olan yoxsulluğun səviyyəsi ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir” – Prezident qeyd edib.

Tarix: 5 Mart 2022, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin