BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüfət Quliyev: “Elmira Axundova ilə əlaqə saxlamışam, o, tənqidləri birmənalı olaraq rədd edir”

“İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova iş başındadır. Onun səhhəti ilə əlaqədar müəyyən problemlərinin olmasına baxmayaraq, xanım səfir, eləcə də səfirliyin digər nümayəndələri tamştat rejimində işləyirlər. Ukraynada tam müharibə şəraitidir və bununla əlaqədar olaraq, azərbaycanlıların təxliyəsi ilə bağlı qeyd olunmuş nömrələrə bəzi hallarda zəng çatmaya bilər, əlaqə yaratmaq müvəqqəti olaraq çətinləşər. Səbirli olaq və cəhd etməyə davam edək. İstənilən halda, tənqidləri kənara qoyaraq hamımız bir nəfər kimi soydaşlarımıza kömək etməyə çalışmalıyıq. Mən Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi 30 nəfərdən çox azərbaycanlının evakuasiyası üçün kömək etmişəm. Təbii ki, burada səfirlik, diaspor nümayəndələri və fəxri konsullarımızın dəstəyini xüsusilə qeyd etməliyəm”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev deyib.

 

Deputat qeyd edib ki, azərbaycanlıları xilas etmək üçün bütün səyləri birləşdirmək lazımdır.

 

"Elmira xanımla əlaqə saxlamışam, o, tənqidləri birmənalı olaraq rədd edir və vətəndaşları Ukraynada yaşayan azərbaycanlıların təxliyəsi üçün birlik olmağa çağırır. Doğrudan da, hamımız çalışmalıyıq ki, etnik azərbaycanlılar Ukraynanı sağ-salamat tərk edə bilsinlər. Bu gün orada Ukrayna Azərbaycanlıları Radasının (UAR) Baş katibi Ceyhun Məmmədov, Radanın həmsədri Oleq Krapivin və Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov əllərindən gələni əsirgəmir, yüzlərlə azərbaycanlının evakuasiyasını həyata keçirirlər. Bombardman altında yorulmadan fəaliyyət göstərən azərbaycanlıları alqışlamaq lazımdır. Elmira Axundovanın tənqidinə gəlincə isə, o, Prezident İlham Əliyev tərəfindən səfir təyin edilib və hazırda işinin başındadır, vəzifə borcunu yerinə yetirir. Allah qoysa, Ukraynada vəziyyət düzələr, Elmira xanımın da sağlıq problemləri aradan qalxar və xanım səfir yenə də öz işini uğurla davam etdirər. Bunu göydə Allah, Yerdə cənab Prezident İlham Əliyev həll edir. Bu, 3-5 nəfərin tənqidi ilə olan iş deyil, dövlət siyasətidir. Buna yalnız Prezident İlham Əliyev qərar verir. Həmçinin, qeyd etmək lazımdır ki, səfirin Ukraynanı tərk etməsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) qərarıdır. Səfir əmrə tabe olmalı və XİN-nin tapşırığını yerinə yetirməlidir. Biz indi əzizlərimizi, uşaqlarımızı Ukraynada bomba altında qoyub, burda oyun oynayaq?! Bu, yolverilməzdir. Gəlin, bütün azərbaycanlılar birlik olaraq belə çətin vəziyyətdə problemlərimizi həll etməyə çalışaq. Mənim, eləcə də Elmira Axundovanın çağırışlarına biganə qalmayaq və yalnız insanlara kömək etməyə fokuslanaq", - deyə R.Quliyev vurğulayıb.

 

Pravda.az Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyevin təqdim etdiyi əlaqə məlumatlarını paylaşır. Məlumatda azərbaycanlıların Ukraynadan təxliyəsi üçün marşrut xətləri və aiddiyyatı şəxslərin əlaqə vasitələri qeyd olunub. Müraciət etmək istəyən azərbaycanlılar problemlərinin həlli üçün qeyd olunan əlaqə vasitələrindən istifadə edə bilərlər.

 

Əlaqə vasitələrini təqdim edirik:

 

Lvov şəhəri, əlaqədar şəxs Mahmud Qurbanov:

 

+48 795 759 534 (WhatsApp),

+380 67 768 9272

+380 66 635 6155

+380 67 738 1592

 

Xarkov şəhəri, əlaqədar şəxs Malik Dursunov:

 

+380 50 323 9483,

 

Əfqan Salmanov:

 

+38057 7000531

 

Kiyev şəhəri, əlaqədar şəxs Ceyhun Məmmədov:

 

+380 (98) 949 70 38

 

Moldova Səfirliyi, əlaqədar şəxs Çingiz bəy:

 

+373 781 81 361

+373 789 91 849

+373 222 32 277

 

Azərbaycanın Polşadakı Səfirliyi ilə əlaqə üçün isə 0048576900183 saylı qaynar xəttinə və e-mail ([email protected]) ünvanına müraciət etmək mümkündür.

 

Martın 5-nə planlaşdırılan uçuşların cədvəli:

 

Kiyev:

 

04:21 - №150 Çernivtsi - Poltava

04:21 - №130 Voroxta - Kremençuk

04:36 - №1 İvano-Frankovsk - Kostyantynivka

05:38 - №138 Kramatorsk - Xmelnitski

06:23 - №142 Lvov - Liman

06:23 - №114 Lvov - Liman

09:00 - №705 Darnitsa - Lvov

10:00 - №715 Darnitsa - Lvov

12:06 - №45 Ujqorod - Kramatorsk

13:34 - №114/142 Liman - Lvov

14:07 - №749 Kiyev - İvano-Frankivsk

14:25 - №769 Kiyev - Kamyanets-Podilski

15:02 - №55 Kiyev - Raxiv

17:12 - №13 Kiyev - Solotvyno

17:42 - №792 Kiyev - Kremençuk

17:42 - №790 Kiyev - Kropyvnitski

18:30 - №81 Kiyev - Ujqorod

18:48 - №67 Kiyev - Varşava

19:06 - №44 Kiyev - İvano-Frankivsk

19:48 - №95 Kiyev - Raxiv

20:05 - №29 Kiyev - Ujqorod

20:12 - №49 Kiyev - Truskavets

20:21 - №59 Kiyev - Çop

20:21 - №57 Kiyev - Voroxta

21:07 - №38 Kiyev - Zaporojya

21:15 - №105 Kiyev - Odessa

21:22 - №97 Kiyev - Kovel

22:03 - №130 Kremençuk - Voroxta

22:03 - №149 Poltava - Çernivtsi

22:10 - №17 Xarkov - Ujqorod

22:22 - №7 Kiyev - Çernivtsi

22:37 - №91 Kiyev - Lvov

22:47 - №46 Kramatorsk - Ujqorod

23:46 - №771 Kiyev - Xmelnitski

23:59 - №139 Kiyev - Kamyanets-Podilski

 

Xarkov:

 

04:11 - №114 Liman - Lvov

04:11 - №142 Liman - Lvov

11:33 - №1 Ivano-Frankivsk - Kostyantinivka

12:36 - №46 Kramatorsk - Ujqorod

14:39 - №114, 142 Lvov - Liman

15:09 - №17 Xarkov - Ujgorod

17:00 - №723 Xarkov - Lvov

19:27 - №795 Xarkov - Dnepr

20:15 - №22 Xarkov - Truskavets

21:08 - №2 Kostyantynivka - Ivano-Frankivsk

21:43 - №7 Xarkov - Odessa

22:40 - №45 Ujgorod - Kramatorsk

 

Dnepr:

 

05:00 - №38 Kiyev - Zaporojya

06:23 - №796 Dnepr - Xarkov

09:27 - №6 Raxova - Zaporojya

14:26 - №41 Dnepr - Truskavets

16:39 - №6 Zaporojya - Raxova

 

Zaporojya:

 

11:07 - 6006 Raxova - Zaporojya

12:20 - 20120 Zaporojya - Lvov

14:45 - 5005 Zaporojya - Raxova

19:47 - №072 Zaporojya - Kiyev

20:37 - №068 Zaporojya - Lvov

21:38 - №038 Zaporojya - Kiyev

22:26 - №068 Lvov - Zaporojya

 

Vinnitsa:

 

00:28 - №105 Kiyev - Odessa

00:58 - №078 Odessa - Kovel

01:05 - №041 Dnepr - Truskavets

02:35 - №771 Kiyev - Xmelnitski

03:42 - 60060 Çop - Kiyev

03:42 - №058 Voroxta - Kiyev

03:54 - №106 Odessa - Kiyev

04:31 - №081 Ujqorod - Kiyev

04:42 - №050 Truskavets - Kiyev

05:46 - №086 Zaporojya - Lvov

06:03 - №056 Raxova - Kiyev

06:47 - 70770 Kamianets-Podilski - Kiyev

06:54 - №021 Xarkov - Truskavets

09:16 - 38138 Liman - Xmelnitski

10:23 - 70070 Zaporojya - Lvov

11:30 - №912 Zaporojya - Çelm

16:41 - №772 Xmelnitski - Kiyev

17:20 - №769 Kiyev - Kamyanets-Podilski

17:43 - №086 Lvov - Zaporojya

18:07 - №055 Kiyev - Rakhiv

19:42 - 38138 Xmelnitski - Lyman

20:50 - №716 Lvov - Kiyev

21:45 - №081 Kiyev - Ujqorod

22:32 - №042 Truskavets - Dnepr

23:17 - №049 Kiyev - Truskavets

23:26 - №057 Kiyev - Voroxta

23:26 - №059 Kiyev - Çop

23:53 - №022 Truskavets - Xarkov

Həmçinin, aşağıdakı təxliyə qatarlarının xaricə səfərləri də martın 5-nə planlaşdırılıb:

№ 7603/7604 Lvov - Przemysl, saat 00:40;

№ 954 Lvov - Hrubieszow, saat 02:00;

№ 7605/7606 Lvov - Przemysl, saat 05:27;

№ 35/36 Lvov - Przemysl, saat 07:10;

№ 7607/7608 Lvov - Przemysl, saat 08:52;

№ 7614/7615 Lvov - Çelm, saat 09:30;

№ 912/913 Zaporojya - Çelm, saat 11:00;

№ 7609/7610 Lvov - Przemysl, saat 12:12;

№ 7616/7617 Lvov - Çelm, saat 14:00;

№ 7611/7612 Lvov - Przemysl, saat 15:40;

№ 67/68 Kiyev - Varşava, saat 19:13 (bir qrup maşınla Çelm-ə);

№ 7601/7602 Lvov - Przemysl, saat 19:55;

№ 7618/7619 Lvov - Çelm, saat 20:30;

№ 904/905 Zaporojya - Çelm, saat 23:00;

 

Nəzrin Cavid

Tarix: 5 Mart 2022, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin