Martın 5-də Fövqəladə Hallar Nazirliyində (FHN) nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə geniş Kollegiya iclası keçirilib.
FHN-dən verilən məlumata görə, Kollegiya iclasında nazir müavinləri, Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının rəhbərləri iştirak edib.
İclasda çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Nazirliyin qarşısında qoyduğu mühüm tapşırıqların icra vəziyyəti barədə ətraflı danışıb. Belə ki, cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyası ilə sistemli və effektli mübarizə aparıldığını qeyd edən nazir ötən dövr ərzində Fövqəladə Hallar Nazirliyi tərəfindən bu istiqamətdə görülmüş işlərə toxunub, infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə başçısının tapşırıqları əsasında aidiyyəti üzrə həyata keçirilmiş preventiv tədbirlərdən bəhs edib. K.Heydərov cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə diqqət və qayğısı sayəsində Nazirliyin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının qısa müddətdə ərsəyə gəlməsini xəstəliklə mübarizədə atılan mühüm addımlardan olduğunu diqqətə çatdırıb. Hazırda hospital koronaviruslu xəstələrin müalicəsi üzrə uğurlu fəaliyyətini davam etdirir.
Nazir, həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Ordumuz tərəfindən 44 gün davam etmiş Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdən danışıb, bu qələbə sayəsində Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımızın azad olunduğunu, ərazi bütövlüyümüzün bərpa edildiyini xüsusi qeyd edib, Vətən müharibəsində Nazirliyin həyata keçirdiyi tədbirlərə toxunub. Müharibədən dərhal sonra cənab Prezidentin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətinə başlanıldığını qeyd edən K.Heydərov FHN-in hazırda minatəmizləmə işlərini sürətlə davam etdirdiyini bildirib. 30 ilə yaxın müddətdə işğal altında saxlanılmış və tamamilə viran qoyulmuş torpaqlarda bu gün misli görünməmiş abadlıq-quruculuq və yenidənqurma işlərinin görüldüyünü xatırladan nazir Qarabağ və Şərqi Zəngəzur ərazisinin hazırda böyük bir tikinti meydanına çevrildiyini, nəhəng infrastruktur layihələrinin icra olunduğunu, yaşayış məntəqələrinin tamamilə yenidən qurulduğunu, sənaye, kənd təsərrüfatı və xidmət sektoruna aid müəssisələrin inşa olunduğunu qeyd edib. Böyük sürətlə icra olunan bu işlərdə aidiyyəti üzrə təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyi, tikintidə, sənaye və dağ-mədən işlərində təhlükəsizliyin, radioloji təhlükəsizliyin təmin olunması istiqamətində Nazirliyin qurumları tərəfindən intensiv iş aparıldığı bildirilib.
Sonra nazir Fövqəladə Hallar Nazirliyinin əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində cari fəaliyyəti barədə danışıb.
Daha sonra gündəlikdə duran məsələlər üzrə geniş müzakirə aparılıb, işin keyfiyyətinin daha da artırılması üçün müvafiq tapşırıqlar verilib.
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
Ən son xəbərləri səhifəmizdən də izləyin