BURADA REKLAMINIZ OLA
BİLƏR

“İlham Əliyev dünya çapında qəbul edilən və etimad göstərilən siyasi liderlerdən biridir” - RƏY

“Azərbaycan Prezidenti İlham Əliyevə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı” təqdim olunub. Bu mükafat Prezidentə dünyada belə idman növlərinin tanıdılması, kütləviliyinin artırılmasında xüsusi xidmətlərinə, idmanın inkişafı üçün göstərdiyi səy və liderliyinə görə verilib. İlham Əliyev dünyanın nadir liderlərindəndir ki, eyni anda Azərbaycan Milli Olimpiya Komitəsinə prezidentlik edir. Yəni, iş qrafikinin gərginliyinə baxmayaraq o, idmana, olimpiya hərəkatına, vətəndaşların sağlamlığı və bədən tərbiyəsinin inkişafına dəstək göstərir, bunlara stimul olaraq sülhə töhfə verir. Nəzərə almaq lazımdır ki, olimpiya hərəkatı özündə bəşəri dəyərləri birləşdirir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, İlham Əliyev özünün ağlı, iti zəkası və qətiyyəti  ilə dünyanın mahir siyasətçilərindən biri olduğunu sübut edib: “Olimpiya oyunları humanizm ideyalarını, sağlamlığı təbliğ edir. Belə oyunlar keçiriləndə müharibələr də dayanır. Deməli, olimpiya oyunları sülhün təbliğatçısıdır. Milli Olimpiya Komitəsinə rəhbərlik etmək də Cənab Prezidentin belə milli-mənəvi, bəşəri dəyərlərə necə qiymət verdiyinin göstəricisidir. Cənab Prezident qətiyyətli lider kimi bütün dünyada qəbul edilir. Bu gün İlham Əliyev dünyanın BMT-dən sonra ikinci ən böyük təşkilatının - Qoşulmama Hərəkatının sədridir. Vox uğurlu və məsuliyyətli fəaliyyətinə görə onun sədrlik müddəti bir il də artırılıb. Bu, Ölkə Prezidentinin dünya miqyasında verdiyi töhfələrin nəticəsidir. Cənab Prezident ümumbəşəri məsələlərə olduqca həssas yanaşır. İlham Əliyev dünya çapında qəbul edilən və etimad göstərilən siyasi liderlerdən biridir”.

 

Nəzrin Cavid

Tarix: 5 Mart 2022, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin