BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev: “Qərbin Ukraynanı Putinə ucuz satması Avropaya çox baha başa gələcək”

“Qərbin Ukraynanı Putinə ucuz satması Avropaya çox baha başa gələcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

 

R.Quliyev qeyd edib ki, 10-15 min gənc rus əsgərinin qurban verilməsinin Putin üçün elə də əhəmiyyəti yoxdur: “Yüz min itirsə belə, heç tükü də tərpənməz. Putin Rusiya imperiyasının ayrı-ayrı respublikalara bölünməsini babası Leninin səhvi olduğunu qeyd edib və imperiyanın dağılmasını XX əsrin faciəsi kimi qiymətləndirib. Ukraynanın işğalından ruhlanan diktator Şərqi Avropa ölkələrinin NATO-dan çıxması tələbini irəli sürəcək. Üçüncü dünya müharibəsini istəməyən ABŞ və Avropa İttifaqı “Siz NATO-dan çıxın, müdafiə edərik” vədi ilə bu ölkələri məcbur edəcəklər. Orta Asiya ölkələrini isə Çin müdafiə edəcək”.

 

Nadir

Tarix: 5 Mart 2022, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin