BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukraynanı tərk edən daha 184 azərbaycanlı ölkəyə gəldi

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycanlılar, Rumıniya ərazisindən həyata keçirilən növbəti AZAL-ın çarter reysi ilə, aralarında 7 körpə olmaqla, 184 sərnişin ölkəyə gəlib.

Pravda.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, indiyədək baş tutan 7 çarter reysi ilə 1295 həmvətənimiz Azərbaycana gəlib.

Tarix: 5 Mart 2022, 20:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin