BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbov sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

 

Pravda.az xəbər verir ki, sərəncamla bir sıra fəal qadınlar təltif ediliblər.

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndinə əsasən muxtar respublikanın sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə Babayeva Zərövşən Yaşar qızı, Məmmədova Ruqiyyə Hüseyn qızı “Əməkdar müəllim”, İsmayılova Səkinə Hacı qızı “Əməkdar həkim”, Rüstəmova Gülşad Qəzənfər qızı “Əməkdar tibb işçisi”, Rüstəmova Süsən Elmixan qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə, Hüseynova Rəna Sultan qızı, Muxtarova Fərqanə Yusif qızı, Nağıyeva Elnurə Adıgözəl qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Tarix: 6 Mart 2022, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin