BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukraynada prezident Yanukoviç olacaq?

Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçin təyyarəsi Moskvadan Minskə uçub.

 

Sabiq Prezidentin təyyarəsi son bir həftə ərzində Rusiya üzərində bir neçə uçuş həyata keçirdikdən sonra Belarusun paytaxtı Minskə enib.

 

Xatırladaq ki, martın 2-də Ukraynanın kəşfiyyat xidməti rəsmi Moskvanın keçmiş dövlət başçısı Yanukoviçi Ukrayna Prezidenti elan etmək istəməsi barəsində məlumat paylaşıb. Bildirilib ki, Kreml xəyanətdə ittiham edilən Yanukoviçi prezident elan etmək üçün xüsusi əməliyyata hazırlaşdırır.

 

Qeyd olunub ki, Yanukoviçin Ukraynada hakimiyyətə qayıtması üçün onun adından Ukrayna xalqına müraciət ünvanlanması və ya hər hansı informasiya əməliyyatının keçirilməsi mümkündür. Məsələyə münasibət bildirən Ukrayna Prezidenti Volodimir Zelenksinin ofisi bildirib ki, yayılan məlumatlar Rusiyanın Ukraynadakı həqiqi əhval-ruhiyyəyə məhəl qoymadığını göstərir.

Tarix: 7 Mart 2022, 18:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin