Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətinə haqq qazandıran soydaşlarımız ya axmaq, ya da satqındır”

“Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətinə haqq qazandıran soydaşlarımız ya axmaqdır, ya da satqın. Rusiyanın erməni separatçılarını “Dağlıq Qarabağ” adlandırması buna sübut oldu. Rusiya Abxaziyanı, Cənubi Osetiyanı, Krımı və Donbası hansı arqumentlə tanıdı? Dedi ki, yerli əhalinin iradəsi belədir, vəssalam! Tanımamaq üçün isə qonşularının itaətkar olmasını istəyir. Odur ki, sabah bizə qarşı da iradı olsa, eyni məntiqlə qondarma “DQR”-i tanıya bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

 

“Ərazi bütövlüyümüzü tanıyır-filan, hamısı boş şeydir. Guya Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü tanımırdı ki?.. Odur ki, Rusiyanın Ukraynada başı nə qədər çox ağrısa, bizə xeyirdir! Allah bizi qorusun! O cümlədən daxili axmaq və satqınlardan!” – o qeyd edib.

 

Nadir

Tarix: 7 Mart 2022, 20:58   
Xəbər lenti
Çox oxunanlar