Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mən ona deyəcəyəm ki, cənab Lavrov, inanıram ki..." - Kuleba

Ukrayna xarici işlər naziri Nikolay Kuleba Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini təsdiqləyib.

Pravda.az xəbər verir ki, Kuleba videomüraciətində görüşün martın 10-a planlaşdırıldığını bildirib.

Nazir Lavrovla görüşdən gözləntilərini də bölüşüb: "Görək o, Antalyaya gələcəkmi, onda mən də təyyarə ilə uçacam. Oturub danışaq. Cənab Lavrova ilk sözlərim çox sadə olacaq. Mən ona deyəcəyəm ki, cənab Lavrov, inanıram ki, mən bu görüşü cinayətin, Ukraynaya qarşı təcavüzün həmtəşkilatçısı ilə keçirirəm. Siz bu cinayəti dayandıra və ya heç olmasa dayandırmağa cəhd edə bilərsiniz, ona görə də gəlin ciddi danışaq. Əgər o, ciddi söhbət əhval-ruhiyyəsindədirsə, biz diplomat olaraq diplomatla ciddi danışacağıq. Bunu zaman göstərəcək".


Nadir 

Tarix: 8 Mart 2022, 01:02   
Xəbər lenti
Çox oxunanlar