BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadın polis bölməsinin həyətində ərini bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

Hadisə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin həyətində qeydə alınıb.

 

Belə ki, həyat yoldaşı N. J tərəfindən övladları ilə görüşməyə icazə verilməyən 1988-ci il təvvəlüdlü N.H. adlı şəxs hündürmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

Lakin hüquq mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındıra bilib və polis bölməsinə aparıblar.

 

Daha sonra 34-cü polis bölməsinin həyətində N.H ilə həyat yoldaşı arasında mübahisə düşüb. Nəticədə qadın üzərində gəzdirdiyi bıçaqla ona kürək nahiyəsindən xəsarət yetirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 9 Mart 2022, 00:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin