BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadının 3 min manatlıq telefonunu oğurlayan şəxs saxlanıldı

Bakıda qadının telefonu oğurlanıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Bakı şəhər sakini L.Hüseynəliyevanın 3 min manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini N.Səlimov saxlanılıb.

 

Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakini E.Abdullayevanın 3 min manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub.

Tarix: 9 Mart 2022, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin