BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyanın sülhməramlı kontingenti Qarabağdan çıxarılır? – Detallar açıqlandı

“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-cı ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyannaməyə əsasən, Rusiya sülhməramlı qüvvələrinin 5 il müddətinə Azərbaycan ərazisində xidmət göstərmələri qeyd edilib. Yalnız 5 ildən sonra həmin sülhməramlı kontingentin bölgədə qalıb-qalmaması məsələsinə yenidən baxıla bilər. Əlbəttə ki, bu, tərəflərin razılığı əsasında həyata keçirilməlidir. Yəni, Azərbaycan razı olmazsa, sülhməramlı qüvvələrin bölgədə 5 ildən artıq qalması mümkün deyil. Doğrudur ki, Rusiya sülhməramlılarının bir qisminin Qarabağdan çıxarılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb, lakin tərəflərin bu barədə rəsmi açıqlaması yoxdur.  Bu məlumat sosial mediada yayılan videolarda öz əksini tapıb”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, Ermənistanla sülh sazişinin imzalanmasını istəyir və bununla bağlı mövqeyini dəfələrlə bildirib: “Azərbaycan tərəfi Ermənistanla qısa müddətdə sülh sazişinin imzalanmasını arzu edir. Bölgədəki sülhməramlıların fəaliyyəti isə bəyənnaməyə əsasən icra edilir. Yəni, onların bölgəni daha tez tərk etmələri və ya xidmət müddətini artırmaları tərəflərin razılığı ilə baş tuta bilər. Bu, regionda, eləcə də dünyada gedən proseslərdən bilavasitə asılıdır. Biz rəsmi sənədlərə əsasən, prosesin təşkilini başa düşə bilirik. Lakin xoşagəlməz proseslərin şahidi olduqda, bəlkə də, qarşılıqlı razılaşma əsasında məsələni yenidən nəzərdən keçirmək olar".

 

Nəzrin Cavid

Tarix: 9 Mart 2022, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin