Dünyanın aparıcı dövlətlərinin maraqlarının toqquşduğu regionda iqtisadi inkişafa və siyasi sabitliyə nail olmaq üçün dünya birliyinə inteqrasiya etmək ciddi əhəmiyyət kəsb edir. Azərbaycanın region, eləcə də dünya ölkələri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı ölkəmizin etibarlı və dayanıqlı tərəfdaş olduğundan xəbər verir. Dövlətimizin beynəlxalq münasibətlər sistemində yerini möhkəmlətməsində əsas ağırlıq enerji siyasətinin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, enerji siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir. Sözsüz ki, qlobal güclərin diqqətindən yayınmayan Azərbaycan milli maraqlarına xidmət edən siyasəti nəticəsində beynəlxalq arenada nüfuzlu gücə çevrilib.
Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, Azərbaycan milli maraqları üstün tutur və bu çevik siyasət nəticəsində, dünyanın ən hörmətli və nüfuzlu ölkələrindən birinə çevrilib.

O qeyd edib ki, bu gün dövlətimizin beynəlxalq arenada konkret yeri var, sözsüz ki, Azərbaycan dünyanın aparıcı dövlətlərindən biridir: “Məhz ona görə də bütün dünya ölkələri Azərbaycanın regionda yaratmış olduğu yeni reallıqlarla razılaşıb. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin beynəlxalq əməkdaşlıq və qlobal həmrəyliyə istiqamətdirilməsi ilə birbaşa bağlıdır. Prezident milli maraqlarımıza söykənən müstəqil, ağıllı və düşünülmüş siyasət yürütməklə Azərbaycanı dünyanın ən nüfuzlu ölkələrindən birinə çevirib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də dünyada ən çox etimad göstərilən liderlərdəndir. Ona görə də dünyanın bir sıra aparıcı dövlətləri bu gün Azərbaycanla əməkdaşlıq etməkdən məmnundurlar və mövcud əlaqələrin daha da dərinləşdirilməsi, o cümlədən yeni əməkdaşlıq platformalarının axtarışında olduqlarını qeyd edirlər. Bütün bunlar, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında böyük bir sazişin bu ilin birinci yarimilliyində imzalanmasının nəzərdə tutulması və Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi verdiyi töhfələr Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin məntiqi nəticəsidir. Dövlətimizin uğurları düzgün düşünülmüş siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu gün Prezident İlham Əliyevin və paralel olaraq Azərbaycan dövlətinin dünyadakı nüfuzu durmadan artır. Azərbaycan beynəlxalq arenada mühüm aktora çevrilib. Şahidiyik ki, cənab Prezidentin yürütdüyü siyasət Azərbaycanın beynəlxalq müstəvidə layiqli yerini tutmasına səbəb olub.
Xüsusi vurğulamaq lazımdır ki, dünyanın bir sıra ölkələrində qanlı toqquşmaların, ciddi böhranların hökm sürdüyü belə bir vaxtda Azərbaycanda sabitlik hökm sürür. Prezident İlham Əliyevin region və dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurması bu baxımdan ciddi əhəmiyyət kəsb edir. Prezidentin geosiyasi və qlobal reallıqları yaxından izləməsi və düzgün qiymətləndirməsi Azərbaycanı təhlükəsiz, inkişaf və tərəqqi yolunu tutmuş ölkəyə çevirib. Bu, Azərbaycanın dünya çapında qəbul edilmiş ciddi dövlət statusu qazanmasına töhfə verir”.
İqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycanın dünya birliyinə inteqrasiyası, region və dünya ölkələri ilə əməkdaşlığının üst səviyyədə olduğunu vurğulayıb.

E.Əmirov bildirib ki, ölkədə hər il bu qəbildən olan yeni əməkdaşlıqların dərinləşdirilməsi istiqamətində ciddi addımlar atılır: “Bu isə, təbii olaraq, ölkənin dünya çapında qəbul edilmiş imicinin daha üstün şəkildə formalaşmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın enerji ehtiyatları və hazırda dünyada yaşanan enerji böhranı beynəlxalq arenada qurulan münasibətləri inkişaf etdirir. COVID-19 pandemiyası dövründə neft qiymətlərinin tənzimlənməsi üçün OPEK ölkələri zəif olduğundan OPEK+ formatı yaradıldı. Yəni, əvvəllər OPEK-ə daxil olmayan digər neft hasilatçıları da bu qrupa daxil edildilər və qərarlar ortaq qəbul edilməyə başlanıldı. Azərbaycan Respublikası da məhz bu konsepsiya çərçivəsində OPEK+ üzvü olaraq öz töhfəsini verdi. Ölkədə gündəlik neft hasilatının kifayət qədər aşağı miqdarda hasil edilməsi neft qiymətlərinin qalxmasına səbəb oldu. Nəticə etibarilə, Azərbaycan daha az neft hasil edərək həm bizə, həm də digər ölkələrə daha çox gəlir daxil olmasına şərait yaratdı. Bu, Azərbaycana beynəlxalq nüfuzunun formalaşmasında ciddi üstünlük qazandırdı. Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Üstəlik, Azərbaycan dövləti bu əməkdaşlıqları hər il daha da genişləndirmək üçün ciddi tədbirlər həyata keçirir. Bu təşkilatların hər birində Azərbaycanın özünəməxsus yeri var. Hər bir təşkilat üzrə Azərbaycanın fəaliyyətinin əsas məqsədi təkcə siyasi mövqeyinin möhkəmləndirilməsi deyil, həmçinin ölkənin iqtisadi inkişafında həmin beynəlxalq təşkilatların rolunu artırmaqdır”.
Politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan dünyada gedən proseslərə, ümumilikdə dünya birliyinə sürətlə inteqrasiya etmiş dövlətdir:

“Azərbaycanın müasir iqtisadi, siyasi və mədəni inkişaf səviyyəsi, demək olar ki, dünya dəyərlərinə tam adekvatdır. Konstitusiyamıza əsasən də, Azərbaycan dünyəvi, hüquqi və demokratiya yolunda irəliləyən dövlətdir. Odur ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatların, məsələn, BMT, ATƏT, UNESCO, Qoşulmama Hərakatının və s. üzvüdür. Mövcud əməkdaşlıqlar Azərbaycanın dünyaya inteqrasiyasını göstərən başlıca məqamlardandır. Bu gün Azərbaycan ölkədə təbliğ olunan multikulturalizm və tolerantlıq ideyaları, yüksək inkişaf xətti keçmiş iqtisadi səviyyəsi, eləcə də dünya ilə ayaqlaşa biləcək mədəni proseslərdə aktivliyi ilə dünya birliyində öz yerini müəyyən etmiş ölkədir. Ölkədə dünya standartlarına cavab verən siyasi və iqtisadi sistem bərqərar edilib”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Nəzrin Cavid

24 Oktyabr 09:31
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
Ən son xəbərləri səhifəmizdən də izləyin