BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verildi - SENSASİYA

Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verilib.

 

Pravda.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Tələt Əliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.

 

T. Əliyevin barəsində məhkəmə qərarı ilə həbsli axtarış verilib.

 

Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri axtarış-əməliyyat tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Tələt Əliyev Azərbaycanın tanınmış diplomatıdır. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutub.

 

Yerli mətbuatın yazdığına görə, T.Əliyev səfir olduğu dövrlərdə külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Tarix: 9 Mart 2022, 18:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin