BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: “Azərbaycanın Xankəndidəki suverenliyi tam bərpa olunacaq, sülhməramlılar buna mane ola bilməz”

“Xankəndi Azərbaycan ərazisidir və Azərbaycanın qəbul edəcəyi istənilən qərarı Rusiya sülhməramlıları da qəbul etməyə borcludurlar. Azərbaycan ermənilərə kifayət qədər vaxt verib ki, müharibədən sonra düşünüb qərarlarını versinlər. Onlar ya Xankəndidə qalıb Azərbaycan qanunları çərçivəsində yaşayacaqlar, ya da biz lazım olan addımları atacağıq”.

 

Bunu Pravda.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov deyib.

 

Ekspert bildirib ki, əgər ermənilər xüsusilə son günlər Azərbaycanın Ağdam, Xocalı yaşayış məntəqələrini atəşə tuturlarsa, Azərbaycan anti-terror əməliyyatlarına mütləq başlamalı və sona qədər getməlidir.

 

"Başqa yol yoxdur, Azərbaycanın Xankəndidəki suverenliyi tam bərpa olunacaq. Rus ordusu kimdir ki, Azərbaycana mane olsun?! Xankəndi Azərbaycan ərazisidir. Azərbaycan Rusiya sülhməramlılarına sərt qoymuşdu ki, həmin silahlı tör-töküntülər qanunlarımızı qəbul etməsələr, bizim ərazilərimizdən çıxmalıdırlar. Görünən odur ki, onlar ötən müddət ərzində tamam başqa işlərlə məşğul oldular. Rusiya sülhməramlı qüvvələri seperatçı dəstələri, rəsmi Moskva da Araik Arutyunyanı dəstəklədi. Nəzərə almaq lazımdır ki, biz əsgər və zabitlərimizin həyatını təhlükəyə ata bilmərik, üstəlik, bu gün-sabah həmin ərazilərə Azərbaycanın mülki vətəndaşları köçməlidir. Yəni, təxribatlar sonsuzluğa qədər uzanıb gedə bilməz, Azərbaycan qərarını verəcək. Yəqin ki, Müdafiə Nazirliyi məsələ ilə bağlı yaxın günlərdə Azərbaycan və dünya ictimaiyyətinə məlumatını ötürəcək".

 

Nəzrin Cavid

Tarix: 10 Mart 2022, 11:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin