BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: “Dünya nüvə müharibəsi təhlükəsi ilə üz-üzədir”

“Ukrayna Qərbə vaxtilə çox ümid edirdi. Bu gün isə Qərb Rusiyanın nüvə şantajı qarşısında bir qədər geri çəkilib. Hazırki mərhələdə Qərb Rusiya ilə konfliktə girməyə qorxur və Ukraynaya kömək etməkdən yayınır”.

 

Bunu Pravda.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

 

O bildirib ki, bu gün Ukrayna aqressorun qarşısını təkbaşına alır: “Əlbəttə ki, Ukrayna uduzduğu təqdirdə isə, aqressor Avropaya doğru irəliyəcək, dayanmayacaq. Ona görə də Ukrayna Prezidenti Volodimir Zelenski narahatdır və bildirir ki, niyə mən sizə görə təkbaşına döyüşməliyəm?! Zelenski deyir ki, o bacarmır, gücü çatmır. Düşünür ki, Rusiya Ukraynadan sonra digərlərini ayrı-ayrı vuracaq. Ümumiyyətlə, Rusiyanın Ukraynaya hücumu bütün dünyanı təhlükə altına alır. Hesab edirəm ki, Zelenskinin Qərbi ittiham etməsinin səbəbi budur. Doğrudan da, bu gün bütün dünya nüvə müharibəsi təhlükəsi ilə üz-üzədir”.

 

Nəzrin Cavid

Tarix: 10 Mart 2022, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin