BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehdi Səlimzadə prokurorluq orqanları tərəfindən dindirildi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar davam etdirilir.

Pravda.az-ın xəbərə görə, bir müddət əvvəl rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Mehdi Səlimzadə artıq iş üzrə dindirilib.

Bundan başqa, icra hakimiyyətinin bəzi vəzifəli şəxslərinin də ifadələri alınıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar bir müddət əvvəl başlanılıb.

APA

Tarix: 10 Mart 2022, 20:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin