BURADA REKLAMINIZ OLA
BİLƏR

Əziz Əzizov dəyişikliklərə başladı, şöbə müdirinin müavinini vəzifəsindən azad etdi

Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Rəşid Məmmədov vəzifəsindən azad edilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.

 

Ə.Əzizovun bir neçə nəfəri də vəzifəsindən azad edəcəyi gözlənilir.

 

Qeyd: Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov özünə bacısı oğlu Ağayev Murad Əsgər oğlu köməkçi təyin edib. O, Yasamal Rayon İcra Hakimiyyətində də Əziz Əzizovun köməkçisi olub

 

Xatırlatma: Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin  başçısı təyin olunub.

Tarix: 22 Noyabr 2019, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin