BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukraynada həlak olan azərbaycanlıların adları açıqlanıb - SİYAHI

İndiyədək Ukraynada müharibə zamanı həlak olan azərbaycanlıların adları açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, siyahıda 7 nəfərin adı var.

 

Ukraynadakı hadisələr zamanı həlak olanlar aşağıdakılardır:

 

1. 1976-cı il təvəllüdlü İsmayılov Neymət;

 

2. 1966-cı il təvəllüdlü İsmayılov Rəhim;

 

3. 1995-ci il təvəllüdlü İsmayılov Qabil;

 

4. 1997-ci il təvəllüdlü Salmanov Camal.

 

Yuxarıda qeyd olunanlar Odessa vilayətindən özləri təxliyə olunarkən Moldova sərhədinə yaxınlaşanda maşınları atəşə tutulub.

 

5. 1987-ci il təvəllüdlü Məmmədov Qoşqar - Xarkovda küçəyə çıxanda gülləyə tuş gəlib;

 

6. 1978-ci il təvəllüdlü Əmrahov Elnur - Çerniqov vilayətində könüllü kimi məktəbdə xəsarət alanlara kömək edərkən partlayışda həlak olub;

 

7. 1984-cü il təvəllüdlü Süleymanov Arzu - Çerniqov şəhərində maşını raket atəşinə məruz qalıb.

Tarix: 11 Mart 2022, 13:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin