BURADA REKLAMINIZ OLA
BİLƏR

Razi Nurullayevin rəqibinə CİNAYƏT İŞİ açıldı

Azərbaycanda deputatlığa keçmiş namizədə cinayət işi açılıb.

 

Pravda.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Lent.az-a verilən xəbərə görə, Mehdiyev Səbuhi Dərgah oğlu Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.

 

S.Mehdiyev istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. 

 

Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, S. Mehdiyev 2020-ci ildə keçirilən Parlament Seçkilərində İmişli rayon 79 saylı seçki dairəsindən deputatlığa namizəd olub.

 

Həmin dairədən Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deputat seçilib.

Tarix: 11 Mart 2022, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin