BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov Venesuelanın xarici işlər naziri ilə görüşdü

11 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Feliks Plasensiya Qonsales ilə görüşüb.

XİN-dən Pravda.az- verilən xəbərə görə, nazirlər, ölkələr arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, habelə Qoşulmama Hərəkatı daxil olmaqla, çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər, ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıblar və bu xüsusda, iqtisadi, ticarət və investisiya qoyuluşu, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və ölkə rəhbəri tərəfindən irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Tarix: 11 Mart 2022, 18:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin