BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır" - Xələf Xələfov

“Sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilər yaşayır. Biz hesab edirik ki, onlar Azərbaycan vətəndaşlarıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

 

Nazir müavini bildirib ki, gələcəkdə həmin ermənilərin Azərbaycana inteqrasiyası məsələsi qarşıda duran əsas məsələdir.

 

Onun sözlərinə görə, münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub: “Orda atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bu hallar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, bunlar aradan qaldırılmalıdır. Tam əminəm ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər. Orda olan qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proses gedəcək. Həmçinin sülhə mane olan bütün hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulmasına da son qoyulmalıdır”.

Tarix: 11 Mart 2022, 19:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin