BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu, Bakının Ermənistana və Rusiyaya mesajıdır ki...”

“Azərbaycanla İran arasında arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə memorandum imzalanıb. Maraqlı gedişdir. Bu, Bakının Ermənistana və Rusiyaya mesajıdır ki, Qərbi Zəngəzur dəhlizi ilə bağlı qərarı yubatdıqlarına görə rəsmi Bakı alternativ variantdan istifadə edəcək. İran üzərindən Naxçıvana dəmiyolu da çəkilə bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

Onun sözlərinə görə, bu variant İran üçün də faydalıdır, bölgədə rolu artacaq, əlavə gəlir əldə edəcək: “Bizim üçün də o mənada faydalı ola bilər ki, həm Ermənistanı yenə oyundankənar vəziyyətdə qoyarıq, həm də İranla iqtisadi əlaqələri gücləndirərik. Ancaq alternativ yolun sual yaradan tərəfi də var. Bu gün Tehranla Bakı arasında münasibətlərdə dialoq və əməkdaşlıq artıb, bəs bir müddət sonra keçmişdə olduğu kimi iki dövlət arasında gərginlik yaranarsa bu yolun taleyi necə olacaq? İrandakı mərkəzlər Azərbaycanın daxili işlərinə və qərarlarına qarışmasalar, bir problem çıxmaz və kommunikasiya xətlərinin birgə istifadəsi hər iki tərəf üçün faydalı olar”.

 

Nadir

Tarix: 11 Mart 2022, 20:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin