BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya əsgərinin, etnik rusların Ukraynada vuruşmağa motivasiyası yoxdur”

“Rusiya rəsmən xaricdən, əsas da Yaxın Şərqdən “könüllüləri” gətirib Ukraynada döyüşlərə atmaq istəyir. Rusiya bunu zamanın ona qarşı işlədiyini bildiyi üçün edir, ona görə də daha vəhşi addımlara əl ata bilər. Ukraynanın əhalisi arasında qorxu, xof salıb müqaviməti məhv etmək, qondarma “respublikaların” əli ilə, onların əski parçası olan “bayrağı” altında radikallar Ukraynada qorxu yaymaq, kütləvi qətillər, genosid həyata keçirməyə cəhd etmək istəyir. Həmçinin, Rusiya əsgərinin, etnik rusların Ukraynada vuruşmağa motivasiyası yoxdur, kütləvi vəhşilikləri onların əli ilə etmək olmaz, amma terrorçularun bunu etməsi mümkündür”.

 

Pravda.az xəbər verir ki, bu barədə siyasi ekspert Natiq Cəfərli deyib.

 

O bildirib ki, Rusiya tələsir və tələsdikcə də batır, Ukrayna bataqlığında çabalayır, bu isə daha dərinə batmağa səbəb olur: “Terrorçuların gətirilməsi, əlində silah Ukraynaya göndərməsi növbəti böyük səhvdir. Təsəvvür edin ki, rus əsgəri və zabiti qarşısında slavyan/provoslav ukraynıların olduğunu bilir, bu zatən ona vicdan əzabı verir və birdən onunla yanaşı döyüşən terrorçu, “AlahuAkbar” deyərək onunla eyni dildə danışan, eyni dindən olan slavyana atəş açır - bu çox böyük psixoloji effekt yarada, hətta rus əsgərini yanında durana atəş açmağa və ya könüllü əsir düşməyə vadar edə bilər. Kreml bu gün iqtisadiyyatda da səhv, yanlış addımlar atır, ölkəni 1917-ci ilə, bolşeviklərin ilk günlərinə qaytarır (milliləşdirmə, qadağalar, biznes məntiqininin qətli), amma anlamır ki, 1917-ci il Rusiyada 1918-1922 ci illəri, 13-14 mln. insanın həlak olduğu Vətəndaş Müharibəsini “doğdu””.

 

Nəzrin Cavid

Tarix: 11 Mart 2022, 21:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin