BURADA REKLAMINIZ OLA
BİLƏR

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 070 vaksin vurulub.

Pravda.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 656, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 18 163 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1 071 olub.

Vurulan vaksinlərin ümumi sayı 13 246 942, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 313 384, ikinci mərhələ üzrə 4 802 388 nəfər təşkil edir. 3 dəfə və daha çox vaksinasiya olunanların ümumi sayı 2 913 043-dür. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 218 127 olub.

Tarix: 12 Mart 2022, 16:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin