BURADA REKLAMINIZ OLA
BİLƏR

"Təəssüf ki, Ermənistan sülh danışıqlarına başlamaqla bağlı təklifə cavab verməyib" - Hikmət Hacıyev

“Bu gün Azərbaycanla Ermənistan arasında gündəlikdə duran və müzakirə olunacaq kifayət qədər məsələlər var”.


Pravda.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.


Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın regional sülhü və təhlükəsizliyi gücləndirmək üçün bir sıra təklifləri var: “Bu təkliflərdən biri də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamaqdır. Amma təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də buna cavab verməyib”.

Tarix: 12 Mart 2022, 16:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin