BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Almaniya və Fransa liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Pravda.az-ın məlumatına görə, telefon danışığı zamanı Ukraynadakı vəziyyət müzakirə olunub.

Almaniya və Fransa liderlərinin Ukraynada humanitar vəziyyətlə bağlı qaldırdıqları suallarla əlaqədar Vladimir Putin işin real vəziyyəti barədə məlumat verib. Xüsusilə, Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulmasına dair çoxsaylı faktlar göstərilib.

Eyni zamanda, qeyd olunub ki, millətçi batalyonlar əhalinin xilas edilməsi əməliyyatlarını sistemli şəkildə pozur, təxliyə etmək istəyərkən mülki şəxsləri qorxudur. Vladimir Putin Emmanuel Makron və Olaf Şoltsu bu cür əməlləri dayandırmaq üçün Ukrayna hakimiyyətinə təsir göstərməyə çağırıb.


APA

Tarix: 12 Mart 2022, 18:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin