BURADA REKLAMINIZ OLA
BİLƏR

“İlqar Məmmədovun çıxışının əsas xətti bu oldu ki, Ukrayna səhv edib, Azərbaycan hakimiyyəti düz edir...”

“Real Partiyasının rəhbəri, hörmətli İlqar Məmmədovun Rusiya-Ukrayna müharibəsi ilə bağlı video-çıxışına qulaq asdım. Əvvala deyim ki, istənilən siyasi təşkilat təmsilçisinin baş verən proseslərə münasibət bildirməsi müsbət addımdır. Biz səslənən fikirlə razılaşa da bilərik, razılaşmaya da. İstənilən fikir rəngarəngliklə yanaşı cəmiyyətdə ictimai müzakirələrə yol açır, bu isə aktivliyi artırır. Açığı İlqar bəydən fərqli fikir gözləyirdim. Fərqli deyəndə “Rusiya dağılacaq”, “Ukrayna Putini aşıracaq” kimi emosional və reallıqdan uzaq fikirləri nəzərdə tutmuram. Gözləntim Ukrayna hadisələrinin dünyaya, o cümlədən Azərbaycana təsiri barədə idi. Bilmək istəyirdim ki, Azərbaycan hökuməti bu prosesdən nə nəticə çıxaracaq? Rusiya Ukraynanı tam işğal edərsə, bizi nə gözləyir, uduzarsa, nə gözləyir? Amma İlqar bəyin çıxışının əsas xətti bu oldu ki, Ukrayna səhv edib, Azərbaycan hakimiyyəti düz edir və biz gözü çıxmış qardaşdan dərs çıxartmalıyıq...”

 

Pravda.az-ın xəbərinə görə, ekspert Samir Əliyev bildirib.

 

S.Əliyev qeyd edib ki, çıxışda razılaşmadığı məqamlar çox olub: “Bu da təbiidir. Amma hörmətli İlqar bəyin bir fikri xüsusilə qüsurlu idi. Məsələn, qeyd olundu ki, Rusiya küçə uşağı, Ukrayna isə QHT təfəkkürü ilə idarə olunur. Bununla da Cənab Məmmədov QHT-ləri öz düşüncəsində aşağılayaraq diplomatiyanı, siyasəti əlçatmaz səviyyədə qaldırır, QHT davranışını məsuliyyətsiz, qeyri-peşəkar adlandırır. Təəssüf ki, İlqar bəyin QHT barədə anlayışı səhv istiqamətdədir. Bizim hökumət QHT anlayışını ağac əkmək, qocalara kömək etmək qismində gördüyü kimi İlqar bəy də QHT sektorunu küyçü, məsuliyyətsiz, piarşik qismində görür. Halbuki Azərbaycanda bəlkə də yeganə sektordur ki, QHT sektoru məsələlərə strateji yanaşır, problemlərin kökünü fərdlərdə yox, idarəetmədə axtarır. Bu gün Real Partiyası da bəyənmədiyi QHT beyin məhsulunda qidalanır, öz proqramlarını bu "xammal" əsasında hazırlayır. Belə vəziyyətdə QHT təfəkkürünü kiçiltmək, əvəzində məmur təfəkkürünü şişirtmək kommunistlərin demokratlara münasibətindən fərqlənmir. Politologiya, xüsusən də geosiyasət mənim sferam olmadığından proseslərə sadəcə vətəndaş fikrimi bildirmək istəyirəm. Əminəm ki, Ukrayna konstitusiyasında NATO-ya üzvlük olmasaydı belə Putin ora hücum edərdi, özü də məhz bu fevralda. Çünki Rusiya üçün açılmış bu pəncərə Putin üçün son şansdır. Putin də bu şansdan istifadə etmək qərarına gəldi. Nəticəsini isə çox keçməz görərik. Düşünürəm ki, Ukrayna nə etməlidirsə onu edir”.

 

Leyla

Tarix: 13 Mart 2022, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin